Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir? - HƏYATI
Ermənistanda 11 gündür ki, davam edən etirazlardan sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verib. Etirazlara millət vəkili Nikol Paşinyan və onu dəstəkləyən qrup rəhbərlik edir.
Etirazlara rəhbərlik edən müxalifətçi millət vəkili Nikol Paşinyan və bir sıra vətəndaş cəmiyyəti qrupları həftələrdir ki, onlayn etirazları həyata keçirirdilər.
Minlərlə etirazçı Ermənistanda "qeyri-zorakı məxməri inqilabı təşkil edir", Paşinyan 17 apreldə Serj Sarkisyanın parlamentdə Baş nazir kimi təsdiq edilməsindən sonra bildirib.
Bu etirazlar Nikol Paşinyanın nüfuzunu xeyli artırıb.
2015-ci ildə konstitusiyaya edilmiş dəyişiklər Ermənistanı prezident üsul-idarəsindən parlament modelinə keçirib.
Bu isə o deməkdir ki, Sarkisyan 10 illik prezidentlik müddəti başa çatdıqdan sonra belə Ermənistanın ali siyasi rəhbəri olaraq qalır.
Əsas faktlar
Paşinyan parlamentdəki Yelk fraksiyasının tərkibində olan kiçik müxalif Vətəndaş Müqaviləsi partiyasının lideridir.
O, 1990-c illərin sonu və 2000-ci illərin əvvəllərində Oragir və Haykakan Zhamanak qəzetlərinin müxbiri və redaktoru olub.
O, keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən biri olub.
Paşinyan Oragir qəzetindəki bəzi məqalələrinə görə böhtan yazmaqda ittiham edilib və 1999-cu ildə "cinayət və hərbi" istintaqa cəlb edilib.
O, 2006-cı ildə siyasətə daxil olub və növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb.
O, Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edib. Həmin etirazlar xüsusi təyinatlılar tərəfindən yatırılıb, Paşinyan isə etirazlarda iştirakına görə yeddi il həbs cəzası alıb.
Lakin erkən azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə keçirilımiş parlament seçkilərində millət vəkili seçilib.
O, milət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.
Onun öz sözləri ilə
"Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz", Paşinyan 17 apreldə yeni baş nazirinin təsdiq edilməsində sonra bildirib. Onun sözlərinə görə bu, "Ermənistan tarixində ən böyük yürüşdür".
"Biz inqilab komitəsi formalaşdıracağıq və bu da hərəkatın qələbəsi ilə nəticələnəcək", Paşinyan deyib.
"Biz təmkinli, dinc və qansız məxməri inqilaba hazırıq", o əlavə edib.
Digərləri nə deyir
Aravot saytının redaktoru Anna İsraelyan bildirib ki, Paşinyanın rəhbərlik etdiyi etirazlar bir daha Vladimir Leninin doktrinasını xatırlatdı ki, inqilabın qələbəsi üçün radio, teleqraf və telefonun ələ keçirilməsi vacibdir.
İsraelyan 14 apreldə İctimai Radionun etirazçılar tərəfindən qısa müddətə ələ keçirilməsini nəzərdə tutub.
Baş nazir kimi təsdiq edildikdən sonra Serj Sarkisyan Paşinyanı etirazlara rəhbərlik etməyi dayandırmağa və parlamentə geri qayıtmağa çağırıb.
"Mən həmkarımızın nə etmək istədiyini anlamıram, onun etdiklərində heç bir məntiq görmürəm", hakim Ermənistan Respublikaçı Partiyasından Eduard Şarmazanov bildirib.
Mənbə: BBC Monitoring