“Ərdoğandan başqa heç kimi dəstəkləmərəm” – Davudoğludan spekulyasiyalara nöqtə qoyan açıqlama
Bu dəqiqələrdə mətbuat konfransı keçirən Türkiyənin keçmiş baş nazir Əhməd Davudoğlu haqqında yayılan spekulyasiyalara nöqtə qoyaraq AKP-dən başqa heç bir siyasi partiyada olamayacağını açıqlayıb.
Avropa.info xəbər verir ki, Davudoğlu prezident seçkilərində AKP sədri Ərdoğandan başqa kimsəni dəstəkləməyəcəyini deyib.
“Bir neçə gün ərzində mənimlə bağlı aparılan şərhlər barədə qənaətimi bölüşmək istəyirəm. Hər zaman prinsipial davrandım. Akademik həyatda da, dövlət həyatında da.
AKP-nin bu qurucu prinsiplərlə yanaşı tarix səhnəsinə çıxması Türkiyə üçün bir dönüş nöqtəsidir. Korrupsiyaya, yoxsulluğa və qadağalara qarşı başlayan bu hərəkat böyük ümid mənbəyi olmuşdur. Mən də bu prinsiplərin həyata keçməsi üçün gecə-gündüz səy sərf etdim. Biz millətə borcluyuq. 3 məqamın aydın bir şəkildə tanınmasını istəyirəm.
Cənab Abdullah Gülün mənə dəvəti ilə bağlı spekulyasiya aparılır. Birlikdə çalışdığım prezidentlər və baş nazirlər mənimlə görüş dəvətində olduğu zaman dəvəti qəbul edirəm. Bununla bağlı spekulyasiyalara da ciddi yanaşmıram.
Bir az əvvəl qeyd etdiyim kimi, əsas yaradıcı prinsipləri ilə bütün enerjimi qoyduğum AKP-yə canı könüldən bağlıyam. Bu yola töhfə vermiş şəxsin əməyi digərindən üstün deyil. Bu baxımdan AKP mənsubluq olarkən, AKP xaricində hər hansı bir siyasi fəaliyyət içində olmamalıyıq. Belə bir şey olarsa, bu kimliyimi buraxaram. Lakin, AKP-ni tərk etmək, bu kimliyimi buraxmaq kimi bir niyyətim də yoxdur. Bu baxımdan AKP-nin qərarı mənim də qərarımdır. Rəcəb Tayyib Ərdoğan mənim də namizədimdir. Qarşıdakı seçkilərdə millət vəkilliyinə namizəd deyiləm. Hər hansısa bir vəzifə gözlədiyim üçün də deyil.
Başda FETÖ, PKK, İŞİD və hansı ad altında olursa olsun bütün terror təşkilatları ilə veriləcək mübarizədə ən ön cərgədə olmağa davam edəcəyəm”-Davudoğlu belə deyib.