“Yəqin keçmişinizi unutmusunuz, İstəyirsinizsə gəlin müharibə edək...” – Paşinyan Azərbaycanı HƏDƏLƏDİ
“Əgər Bakı müharibəyə hazırlaşırsa biz niyə sülhə hazırlaşmalıyıq?”.
Bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin xüsusi iclasında çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən danışdığı halda Ermənistan hakimiyyəti güzəştlər haqqında danışmağı yanlış hesab edir.
“Əgər Azərbaycan müharibə variantını əsas götürürsə Ermənistan niyə sülhə hazırlaşmalıdır? Biz danışıqların konstruktivliyinə tərəfdar olacağıq, lakin heç vaxt adekvatlılığı itirməyəcəyik. Biz o vaxt, bir dəfə qalib gəlmişik, qalibiyyət ruhu gələcək qələbələrə də inam yaradır”, - deyə Paşinyan Azərbaycanı müharibə ilə hədələyib.