AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandan Köçəryanın açıqlamasına — REAKSİYA

  • + A
  • - A
  • 13-06-2018, 09:53

    Azərbaycandan Köçəryanın açıqlamasına — REAKSİYA














    Məntiqə uyğun olmayan və tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir.
    Bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

    H.Hacıyevin sözlərinə görə, hələ Ter-Petrosyanın vaxtından bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Qarabağdan olub-olmamasından asılı olmayaraq Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb:
    "İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR