AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏCİLİ: Seçkiyə bir neçə gün qalmış Türkiyədə yeni prezidenti bəlli oldu – İlkin nəticələr AÇIQLANDI

  • + A
  • - A
  • 20-06-2018, 11:03

    TƏCİLİ: Seçkiyə bir neçə gün qalmış Türkiyədə yeni prezidenti bəlli oldu – İlkin nəticələr AÇIQLANDI















    24 iyunda Türkiyədə keçiriləcək seçkilərə 4 gün qaldı. Publika.az xəbər verir ki, “Star” qəzeti seçkilərlə bağlı keçirilən son ictimai rəyin nəticələrini açıqlayıb.

    Sorğunun nəticələrinə görə, AKP sonuncu referendumda topladığı 50 faizdən az səs toplamayacaq.

    AKP-MHP-BBP-dən ibarət “Cümhur İttifaqı”nının 53-56 faiz səs alacağı proqnozlaşdırılır. İttifaq içində AKP-nin səsi 45-48 faiz arası hesablanır. İttifaqın namizədi Rəcəb Tayyip Ərdoğanın ən az 51-53 faiz səs alacağı gözlənilir.

    Gözləntilərə görə, AKP seçkidən sonra parlamentdə 300-dən çox yer alacaq.

    CHP-İyi Partiya-Səadət Partiyasından ibarət “Millət İttifaqı”nın 28-32 faizə qədər səs alacağı proqnozlaşdırılır.

    İttifaqın içində CHP-nin və CHP namizədi Muharrem İncənin 23-26, İyi Partiyasının 7-11, bu partiyanın namizədi Meral Akşenerin isə 9-12 faiz arası səs alacağı gözlənilir.

    HDP-nin isə 8-11 faiz səs alacağı və barajı keçə bilməcəyi proqnozlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR