Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası (Medvedyev-Şponhoyer-Karnik şkalası) üzrə 7,6 bal olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.