AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkələr Amerikaya qarşı Türkiyəni dəstəklədi — SİYAHI

  • + A
  • - A
  • 14-08-2018, 11:05

    Bu ölkələr Amerikaya qarşı Türkiyəni dəstəklədi — SİYAHI














    ABŞ və Türkiyə arasında gərginlik fonunda türk lirəsi ucuzlaşmaqda davam edir.
    İran, İtaliya, Almaniya, Pakistan, Rusiya, Qətər və Livan Türkiyəni dəstəkləyib. Bu ölkələr ABŞ-a qarşı Türkiyəyə dəstək verdiklərini bildiriblər. Bir çox ərəb ölkəsində isə dolları lirəyə çevirmək üçün kampaniyalar başlayıb.

    İranın XİN-inin mətbuat katibi ABŞ-ın Türkiyə əleyhinə siyasətini tənqid edib və Türkiyə üçün hər növ dəstəyə hazır olduqlarını bildirib.

    İtaliyanın XİN rəhbəri Enzo Moavero Milanesi də Türkiyəyə dəstək mesajı göndərib: “Türk lirəsinin çökməsinin qısa müddətdəki nəticələrinə diqqətli şəkildə nəzarət etməliyik. Aralıq dənizi sahilindəki çox önəmli ölkəni dəstəkləməliyik. Böhran hər kəs üçün pis xəbərdir”.

    Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer isə Türkiyəyə qarşı tətbiq edilən gömrük sanksiyasının hüquqa uyğun olmadığını bildirib.
    Pakistanın XİN rəhbəri də ABŞ-ı tənqid edib: “Pakistan Türkiyənin regional və beynəlxalq sülh və istiqrara yönəlmiş rolunu təqdir edir. Eyni zamanda Türkiyə qlobal iqtisadiyyatın mühərriki və önəmli hissəsidir. Hər zaman Türkiyənin yanındayıq”.
    Türkiyə prezidenti Ərdoğan digər ölkələrə milli pul vahidi ilə ticarət aparmağa çağırış edib. Rusiya bu çağırışa dəstək verib. Peskov da Türkiyədəki iqtisadi vəziyyətlə əlaqədar danışıb.

    Qətərli jurnalist və media maqnatı Cabir Əl-Harmi ABŞ-ın Türkiyəyə qarşı apardığı iqtisadi savaşı alçaqlıq adlandırıb: “Müsəlman Türkiyənin iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər”.

    Livanda isə Türkiyə iqtisadiyyatına dəstək üçün dollarları lirəyə çevirmək üçün kampaniya başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR