Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Müşahidə və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi məlumat verir ki, bazar ertəsi yerli vaxtla saat 11:22-də Almatıda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Almatıdan 31 km cənubda yerləşib.
Şəhərdə sirenlər səslənib və sakinlər binalardan təxliyə edilib. Küçələrdə isti paltarı olmayan insanlar var. Respublika Fövqəladə Hallar Nazirliyi əhalini panikaya düşməməyə və binaları tərk etməyə çağırır.
Yeraltı təkanları qonşu Qırğızıstanın, xüsusilə Bişkek, Karakol və Çolpon-Ata şəhərlərinin sakinləri də hiss ediblər.