Arxeoloqlar Argentina Pataqoniyasında 8200 il əvvələ aid Cənubi Amerikanın qədim mağara rəsmlərini aşkar ediblər.
AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, 895 rəsm Argentina və Çili arxeoloqları tərəfindən paytaxt Buenos-Ayresdən təxminən 1100 kilometr cənub-qərbdə, Neuquen əyalətində yerləşən 630 kvadratmetrlik qaya sığınacağı olan “Huenul 1” mağarasında tapılıb.
Argentinalı arxeoloq bildirib ki, bu kəşf Huenul mağarasında rəsm sənətinin təxminən 8000 il əvvəl başladığını və burada görülən xüsusi nümunənin rənglənməsi təcrübəsinin ən azı 3000 il müddətində davam etdiyini göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.