AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hesablama Palatasından gizli iş: Gədəbəydə pensiyalar niyə dayanıb? - İddialar

  • + A
  • - A
  • 20-02-2017, 10:17

    Hesablama Palatasından gizli iş: Gədəbəydə pensiyalar niyə dayanıb? - İddialar

















    Gədəbəydən redaksiyamıza yeni məlumatlar daxil olub

    Bir qrup yerli sakin redaksiyamıza göndərdiyi məktubda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib.

    “Əsas mövzuya keçməmiş, bir neçə ay əvvəl Gədəbəy rayonunda baş vermiş bir hadisə haqda danışmaq istəyirik.

    Bir qədər əvvəl “Kapital bank”ın Gədəbəy rayon filialına qəfləti yoxlama gələrək xəzinədarın müştəridən 20 manat rüşvət aldığını, xəzinədəki pulun qalığının isə 250 manat əskik olduğunu aşkar etdi.

    Bu xırda nöqsana görə filialın müdiri, xəzinədarı da daxil olmaqla 3 nəfər işindən azad edildi. Bu hadisədən sonra onsuz da elə bir nəzərəçarpan nöqsanları olmayan filialda rüşvət tamamilə yığışdırıldı. İndi isə keçək mətləbə...”, - deyə məktubda deyilib.

    Gədəbəyli sakinlər qeyd edirlər ki, çox insanlar “Kapital bank”ın sədrini tanımır: “Heç biz də tanımırıq. Nə vaxtsa televiziyada görmüşüksə də, simasın ıunutmuşuq. Amma rəhbərlik etdiyi qurumda yaratdığı şəffaflıq ən qərəzli adamda belə rəğbət hissi yaradır.

    Gəlin, gecə-gündüz televiziya ekranlarında, xəbər saytlarında islahatların getdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturunun vəziyyətinə nəzər salaq:

    Yuxarıda qeyd etdiyimiz kimi, öz təşkilatında səmimi olaraq şəffaflıq yaratmaq istəyən rəhbər qəfləti yoxlama göndərir və nöqsan aşkar edildikdəgüzəşt etmir.
    Necə ki, “Kapital bank” rəhbərliyi Gədəbəy filialına güzəşt etmədi.

    Amma nazirliyin göndərdiyi yoxlama belə etmir; onun yoxlaması aşkar etdiyi nöqsanları ört-basdır edir, başdansovdu yoxlama aparır, yoxlama komissiyasının üzvləri vaxtlarını yerli şöbənin rəhbəri ilə yeyib içməkdəkeçirir.

    Bəzi məlumatlara görə bu cür yoxlamalar əslində geniş maliyyə maxinasiyalarına yol vermiş rayon şöbələrini Hesablama Palatasının yoxlamasından qorumaq məqsədi daşıyır”.

    Müraciət müəllifləri Politika.Az-a yazırlar ki, yoxlamadan sonra yüzlərlə pensiya işi dayandırılıb. Şöbə “reviziya dayandırıb” adı ilə bu işlərin sahiblərindən “paket” qaydası külli miqdarda pul yığılmasına başlayıb.

    Bu haqda mətbuatda gedən yazılara nazirlik heç bir reaksiya vermir. Bu nazirlik öz yerli işçilərindən soruşmur ki, heç bir rəsmi səbəb olmadan bu qədər pensiyaçının pulu niyə dayandırılıb?

    Əgər bu işlər saxtadırsa niyə ləğv edilib sahiblərinə rəsmi məlumat verilmir, əgər qanunidirsə vətəndaşın pensiyasını dayandırmaq ixtiyarını sizə kim verib? Cənab Müslümovun 3 nəfər inandığı adam yoxdurmu buradakı vəziyyəti öyrənib ona çatdırsın?!”.

    Qarşı tərəfi dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR