İŞİD lideri onunla evlənmək istəməyən qardaşı arvadını İstanbulu partlatmağa göndərdi – FOTOLAR
Çeçenistan hökumətinin sabiq nazirlərindən olan Asu Dudurkayevanın qızı Seda Dudurkayeva ilə bağlı maraqlı məlumatlar açıqlanıb.
Qaynarinfo xəbər verir ki, İstanbula terror aktı törətmək üçün gələn və yanındakı 5 nəfərlə birlikdə hücrə evində həbs olunan keçmiş nazir qızının Türkiyəyə cəzalandırılmaq üçün göndərildiyi məlum olub.
Seda Dudurkayeva İŞİD-in hərbi qadanının lideri Əbu Ömər Əl Şişani ləqəbli Tarkan Taymurazoviç Batıraşvilinin sağ əli hesab edilən Həmzət kod adlı bir terrorçu ilə 2014-cü ildə tanış olub və Çeçenistandan Suriyaya qaçaraq terror təşkilatının düşərgəsində onunla evlənib. Bu səbəbdən onun atası Asu Dudurkayeva Çeçenistan hökumətindəki vəzifəsindən kənarlaşdırılıb.
Sedanın əri Həmzət bir bombalı hücum zamanı öldürülüb. Bundan sonra o, Çeçenistana – ailəsinin yanına dömək istəyib. Lakin Əbu Ömər Əl Şişani buna icazə verməyib və çeçen qızla evlənib.