Terrorçuların 4 lideri məhv edildi — İŞİD-in “vuran əli” kəsildi
ABŞ-ın rəhbərliyi altında olan koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
Bu barədə koalisiya qüvvələrindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat koalisiya qüvvələrinin qırıcıları tərəfindən keçirilib.
“İŞİD terrorçularının məskənləri bombalanarkən terrorçuların 4 əsas rəhbəri öldürülüb. Öldürülən terrorçular yüksək rütbəli liderdir. Məhv edilən şəxslər terrorçuların “vuran əli” olub. Onlar terror aktlarının təşkilində, terrorçuların təlimində və digər hərbi əməliyyatların keçirilməsində xüsusi rolu olub”, - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, öldürülən həmin şəxslər həm Suriya və İraq ərazilərində, həm də dünyada törədilən terror aktlarının hazırlanmasında iştirak ediblər.