Trampa yenə yalançı dedilər: “ABŞ xalqı daha ağıllıdır
ABŞ-ın “ölüm qalım məsələsi” olan belə bir vəziyyətdə büdcəyə qənaət etməsi çox təhlükəlidir
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Qlobal İqlim Hərəkatının zirvə görüşündə ABŞ prezidenti Donald Trampı tənqid edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kerri çıxışı zamanı Trampı yalançı adlandırıb. O, qeyd edib ki, qlobal iqlimə böyük təsiri olan ABŞ və Çin kimi ölkələrin 2015-ci ildə qəbul edilən Paris anlaşmasına imza atması üçün xeyli əmək sərf edib: “İqlim dəyişikliyi və qlobal istiləşmə mövzusunda hazırda qarşılaşdığımız hər problem həll edilə bilər. İttihamçı olmaq istəmirəm, ancaq mövzu haqqında heç bir məlumatı olmayan bir rəhbər ABŞ xalqına yalan danışır”.
Hazırkı vəziyyətdə ABŞ-ın bu anlaşmadan çıxma qərarının böyük səhv olduğunu qeyd edən Kerri, Paris müzakirələrini idarə etmək kimi çox önəmli bir şərəfə nail olduğunu bildirib: “Bu anlaşma üçün haradasa 700 gün müzakirə aparıldı”.
Kerri həmçinin qeyd edib ki, ABŞ-ın “ölüm qalım məsələsi” olan belə bir vəziyyətdə büdcəyə qənaət etməsi çox təhlükəlidir.
“ABŞ xalqı bu prezidentdən daha ağıllıdır. Bu səbəbdən də, ABŞ-ın 38 ştatı irəli çıxdı və Paris Anlaşmasına bağlı qalacağını bildirdi” – deyə o qeyd edib.