Ukrayna ilə sərhəddə gərginlik aradan qalxıb.
Azadmedia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belə ki, Belarus lideri bildirib ki, ukraynalılar öz bölmələrini Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar.
O, Ukrayna sərhəddindəki Belarus qüvvələrinin çıxarılmasını əmr etdiyini vurğulayıb:
“Belarusun indi ukraynalılarla heç bir problemi yoxdur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.