Yəmən husilərinin Ali Siyasi Şurasının sədri Mehdi Əlmuşat İran Prezidenti Məsud Pezeşkiana zəng edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, Əlmuşat İran prezidenti vəzifəsinə seçilməsi münasibətilə Pezeşkianı təbrik edib və İran rəhbəri Əli Xameneinin Fələstini müdafiə etməsini təqdir edib.
“Biz də rəhbərin Yəmən və Fələstin xalqını dəstəkləmək istiqamətindəki cəsarətli qərarını alqışlayırıq”, - Məsud Pezeşkian ona cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.