AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Əsədov Roland Praysla görüşdü - Fotolar

  • + A
  • - A
  • 15-07-2024, 17:25

    Əli Əsədov Roland Praysla görüşdü - Fotolar


     Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb,

    Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir edilib.

    Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Eyni zamanda Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR