Rusiya Ukraynadakı silahlı münaqişədə qalib gəlsə, Rusiya ilə Qərb arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olacaq.
Azadmedia.az xəbər verir ki, bu fikri KİV-ə müsahibəsində Polşa prezidenti Andjey Duda deyib.
Belə ki, onun sözlərinə görə, NATO hərbi münaqişəyə hazır olmalıdır:
“Müəyyən mənada bəli, NATO müdafiə ittifaqıdır, lakin qədim müdrik kəlam var: Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etmək fikrinə düşməsin”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.