Respublikaçılar ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək olublar.
Azadmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Belə ki, Respublikaçıların qurultayı zamanı iştirakçılar qulaqlarını sarıyıblar.

Bununla sui-qəsd zamanı Trampın qulağının zədələnməsinin bütün respublikaçılara aid olduğuna işarə ediblər.
Qeyd edək ki, 13 iyulda Pensilvaniyada seçki mitinqi zamanı Donald Trampa sui-qəsd cəhdi edilmiş, nəticədə siyasətçi qulağından xəsarət almışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.