İsrail parlamenti böyük səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnamə qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, “İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir. İsrail torpağının qəlbində Fələstin dövlətinin yaradılması İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq”, - deyə qətnamədə bildirilib.
Bundan əlavə vurğulanıb ki, Fələstin dövləti yaradılarsa, tezliklə hakimiyyəti HƏMAS ələ keçirib, onu radikal islam terroru üçün bazaya çevirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.