Gürcüstan Rusiya ilə hərbi qarşıdurmaya girsə, Avropa Birliyi (AB) zərər çəkəcək.
Azadmedia.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Belə ki, “Biz sülhü sadəcə özümüz üçün deyil, həm də Avropa üçün qoruduq. Əgər indiki müxalifət hakimiyyətdə olsaydı, burada müharibə baş verərdi. Əlbəttə ki, ölkəmiz də dağılardı. Həmçinin Avropa Birliyi də zərər görərdi. Çünki yüklərin daşınması üçün AB-ni Asiya ilə birləşdirən yeganə və ən sürətli yol bağlanacaqdı”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.