ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə dəstək qarşılığında kiçik Robert Kennediyə administrasiyasında yüksək vəzifə təklif edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Belə ki, Kennediyə respublikaçı Trampın gələcək administrasiyasında sağlamlıq və tibb məsələləri ilə bağlı yüksək vəzifə tutması təklif olunub.
Bildirilib ki, bu mövzuda söhbət iyulun 13-də keçirilən mitinqdə Trampa sui-qəsddən bir neçə saat sonra başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.