Türkiyə Ukrayna münaqişəsinin tezliklə həlli, ədalətli və davamlı sülhün bərqərar olması üçün səylərin gücləndirilməsini zəruri hesab edir.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Belə ki, məlumata əsasən, iclasda Ukraynadakı münaqişə ilə bağlı hadisələri və [ona son qoymaq üçün] son diplomatik səyləri müzakirə edilib.
Həmçinin münaqişənin regiona yayılmasının qarşısını almaq üçün ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində çoxtərəfli səyləri gücləndirmək lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.