İyulun 30-da Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib.
Azadmedia.az xəbər verir ki, bu barədə BELTA agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Belə ki, “Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Dövlət başçısı bütün halları nəzərə alaraq, əfv haqqında qərar qəbul edib”, - deyə agentliyin nəşrində deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.