Baş nazir Əli Əsədov Azərbaycanın İrandakı Səfirliyində olub.
Bu barədə Nazirlər Kabineti (NK) məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İrandakı Səfirliyini ziyarət edib.
Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.
Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölmüş, 2 nəfər yaralanmışdı. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılmışdı.
İki ölkə arasında aparılmış danışıqlar nəticəsində bu ilin 15 iyul tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.