AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şoyqu Bakıda azərbaycanlı həmkarı ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

  • + A
  • - A
  • 6-08-2024, 18:34

    Şoyqu Bakıda azərbaycanlı həmkarı ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüş keçirib. Bu barədə TASS məlumat yayıb.
    "Məsələlərin ən geniş spektri müzakirə olunub. Bu, təbii ki, ilk növbədə Cənubi Qafqazda təhlükəsizlikdir. Bu, Ermənistanla sülh müqaviləsidir, 10-cu nəşri İrəvana verilib. Bu, təbii ki, Qərbin bu prosesə müdaxilə etmək üçün çox fəal cəhdləri var”, - deyə Şoyqu Bakıda keçirilən görüşləri şərh edərkən jurnalistlərə bildirib.

    O, həmçinin əlavə edib ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə də “Şimal-Cənub” dəhlizi müzakirə olunub.

    Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR