AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü

  • + A
  • - A
  • Bu gün, 11:31

    Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü


    Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın “Rekordlar kitabı”na daxil edilib.

    Bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb. 

    Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib. 

    Konenko, həmçinin Rusiyanın “Rekordlar kitabı”nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib. 

    Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR