Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş binada baş verib.
Orada yaşayan Tərgül Rəsulova yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlif növ yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.