Azərbaycan Ermənistana BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün dəvət göndərib. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini bildirib.
“Dəvət Ermənistan tərəfinə göndərilib, biz bütün səviyyələrdə qonaqları qəbul etməyə hazırıq”, - deyə Elnur Soltanov bildirib.
Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov konfransı sülh müqaviləsinin imzalanması üçün yaxşı fürsət hesab edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.