BRICS-in daha da genişləndirilməsi ilə bağlı qərarın qəbul edilməsi üçün birlik ölkələri konsensus əldə etməlidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün BRICS ölkələrinin KİV rəhbərləri ilə görüşündə deyib.
“Burada, əlbəttə ki, konsensus lazımdır və biz bu məsələdə iki prinsipi rəhbər tutaraq diqqətlə hərəkət edəcəyik. Bu prinsiplərdən birincisi hərtərəflilik, ikincisi isə təşkilatın işinin səmərəliliyidir. Yəni təşkilat üzvlərinin sayını artırmaqla strukturun özünün səmərəliliyini minimuma endirməməliyik. Buna görə də biz bu mülahizələrə əsaslanaraq hərəkət edəcəyik”, - o BRICS-in daha da genişləndirilməsinin mümkünlüyü barədə sualı belə cavablandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.