Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi KXDR hərbçilərinin Rusiyada olması ilə bağlı yayılan məlumatla əlaqədar quruma çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya XİN məlumat yayıb.
Belə ki, “Bu mövzuda qəti mövqe tutur, KXDR qoşunlarının dərhal çıxarılmasını tələb edir və bununla bağlı əməkdaşlığa son qoymağa çağırırıq”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, nazirlik mövcud vəziyyəti beynəlxalq ictimaiyyət üçün təhdid adlandırıb, Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin bir sıra qətnamələrinin pozulduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.