AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan tərəfindən əsir götürülmüş itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirilib - BMT rəsmisi

  • + A
  • - A
  • Bu gün, 04:23

    Ermənistan tərəfindən əsir götürülmüş itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirilib -


    Ermənistan tərəfindən əsir götürülmüş itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik.

    Azadmedia.az xəbər verir ki, bunu BMT-nin Məcburi və ya Könüllü Olmayan İtkinlər üzrə İşçi Qrupunun sədri Qabriella Sitroni Report-un sualını cavablandırarkən deyib.

    Belə ki, Sitroni bildirib ki, rəhbərlik etdiyi işçi qrupuna Azərbaycandan itkinlərlə bağlı müraciətlər var və bu sahədə araşdırmalar aparılır: “Bizim qeydiyyatımızda hazırda Azərbaycandan 34 zorla itkin düşmə faktı qeydə alınıb və həmin şəxslərlə bağlı araşdırmalar aparılıb. Bu statistikanı Azərbaycan hökumətinə istinadən deyirəm. Mən sizə bu rəqəmləri verəndə nəzərə alın ki, bu, baş vermiş hadisələr nəticəsində itkin düşmüş şəxslərin real sayını əks etdirmir. Açığı, biz bu müraciətləri ailələrdən aldığımız zaman dövlətlə əlaqə saxlayırıq, çünki bizim mandatımız poçtalyon kimidir. Çalışırıq ki, ailələrlə hökumət arasında ünsiyyət kanalı kimi çıxış edək. Ona görə də bu müraciətlərlə bağlı hökumətlə görüşlər keçirdik və bu halların aydınlaşdırılması baxımından irəliləməyə çalışırıq”.

    İtkinlər üzrə İşçi Qrupunun sədri qeyd edib ki, araşdırmalar əsasında itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirilib: “İndi sizinlə bölüşə bilməsəm də, onu deyə bilərəm ki, bizim müraciətimiz əsasında Ermənistan tərəfindən taleyinə aydınlıq gətirilmiş bir neçə azərbaycanlı şəxs var. Bəzən aldığımız cavablar, təəssüf ki, həmin insanların ölümü ilə bağlı olsa da, biz bu nəticələri qaneedici və qənaətbəxş hesab edirik. Çünki ailələr bütün cavabları almasalar da, bu proses, çox ağrılı olsa da, onlara növbəti mərhələyə keçməyə kömək edir və bu da hekayənin bir qədər fərqli tərəfidir”.

    Qeyd edək ki, rəsmi məlumatlara görə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 4 000-dən çox azərbaycanlı itkin düşüb və son 30 il ərzində onlardan heç bir xəbər alınmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR