İsrail hərbçiləri son saatlarda Livan ərazisindən ölkənin şimal bölgələri istiqamətində bir neçə hücum qeydə alıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yuxarı və Qərbi Qalileyə, eləcə də İsrailin nəzarətində olan Qolan təpələrinin cənub bölgələrinə ümumilikdə 30-a yaxın raket atılıb.
Raketlərin bəziləri vurulub. Bəzi yerlərdə mərmilərin düşməsi qeydə alınıb ki, bu da yanğınlara səbəb olub.
Ötən gün yerli vaxtla saat 23:00-a qədər Hizbullahın 170-ə yaxın raketi İsrail ərazisinə keçib.
Bu barədə İsrail ordusunun məlumatında bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.