AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Atlas” MMC-dən dövlətə pislik: şirkət qazilərimizi ayağa qaldırır - Video

  • + A
  • - A
  • 25-10-2018, 11:19

    “Atlas” MMC-dən dövlətə pislik: şirkət qazilərimizi ayağa qaldırır - Video














    “Atlas” MMC Qarabağ qazilərini aşağılamaqdadır. Bir qrup Qarabağ döyüşçüsü şirkətin özbaşınalığı ilə bağlı aksiya keçirəndən sonra firma onların qazilər olmadığını bildirmişdi.

    Cahan.info xəbər verir ki, yenidən videomüsahibə verən qazilər şirkətin yalanını ortaya çıxarıblar. Həqiqətən də onlar Qarabağ əlilləri imiş.

    Şirkətin dövlətə, prezidentə qarşı yönəlik bu fəaliyyəti, vətən üçün canını fəda edən qaziləri ayağa qaldırması, narazı salması, problemlərini həll etməməsi artıq təxribatdır.

    Dövlət Qarabağ əlillərinə qayğı göstərir, prezident onları mənzillə təmin edir, avtomobil bağışlanır, iş verilir, ən ali insanlar kimi qiymətləndirilirlər.

    “Atlas” MMC isə problemi yoluna qoymaq əvəzinə onlara şər-böhtan atır ki, bu şikayətçilər Qarabağ qaziləri deyil. Məsələnin mahiyyəti barədə ilk olaraq sözcu.az yazıb.

    Onlar “Atlas” MMC tərəfindən torpaq sahələrinin zəbt edildiyini bildiriblər. Təxminən 20-yə yaxın Qarabağ döyüşçüləri dövlət başçısı cənab İlham Əliyevdən kömək istədiklərini bildiriblər.

    İltifat Aslanov, Qarabağ əlili: “Mən də digər yoldaşlar kimi, 2005-ci ildən tam qaydalar çərçivəsində torpaq almışam. Amma məmurlar saxta sənəd hazırlayaraq, bizim mülkümüzü əlimizdən alıblar.

    Üst-üstə cənab prezidentə müraciət etmişik, amma səsimizə səs verən yoxdur.Bu torpağı aldıq ki, özümüzə bir ev tikib yaşayaq, amma buna imkan vermir “Atlas” MMC rəhbərliyi. Deyir get kimə istəyirsən de, mən heçkimdən qorxmuram”.

    Bu qanunsuzluq, müştəbehlik şirkətin öz başında çatlaya bilər. Prezident qudurğanlıq edən məmurları, onların himayə etdiyi şirkətləri cəzasız qoymur və qanuni qaydada fəaliyyətləri araşdırılaraq müvafiq tədbirlər görülməsinə göstərişlər verir.

    Əgər qazilər torpaqlarının bu şirkət tərəfindən zəbt edildiyini bildirirlərsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, iş məhkəməyə verilməlidir.

    Amma “Atlas” MMC rəhbərliyi Qarabağ qazilərinə dövlətin göstərdiyi qayğını nəzərə alaraq, geri çəkilməli və insanları narazı salmamalıdır. Bu, birbaşa prezidentə qarşı fəaliyyətdir.

    “Atlas” MMC-nin rəhbərinin qəbuluna dəfələrlə getmişik, amma bizi qəbul etmir, polis çağırır. Bizi dövlətlə üz-üzə qoyur “Atlas” MMC rəhbəri.

    Bəzi məmurlar və bu “Atlas” MMC-nin rəhbəri bizi dövlətlə, ölkə başçısı ilə üz-üzə qoymaq istəyir. Belə haqızlıq olmaz, sonra deyirlər ki, Qarabağ qazisi özünü yandırdı.

    Biz müharibədə zərbə alan adamlarıq, bəzən əsəbi olanda nə etdiyimizi belə bilmirik, elə edərlər biz də sonda özümüzü yandırarıq hansısa dövlət orqanı qabağında. Nə edək, hara, kimə müraciət edək? Tək çıxış yolumuz ölkəni tərk edib, başqa yerdə sığınacaq istəməkdi çarəmiz.

    Baxın, biz bu vətənin hər qarışı uğrunda döyüşdük, vuruşduq, amma indi hansı vəziyyət yaranıb ki, qaçmaq istəyirik bu ölkədən bəzi insanarın əlindən. Axı belə münasibət bəsləmək olmaz insanlara. Bizim öz halal pulumuzla aldığımız torpaqlar əlimizdən alınıb, tikdiyimiz hasarlar dağıdılıb.

    Cənab pezident, xahiş edirik, bizim səsimizə səs ver. Siz hər zaman məmurlara tapsırırsız ki, vətəndaşlara, şəhid ailələrinə, qazilərə qarşı həssas olsunlar, amma baxın vəziyyət nə yerə çatıb ki, biz bezmişik.

    Bilsək ki, bu torpaqlar Azərbaycana lazımdı, hamımız könüllü bağışlayarıq torpağı , amma hansısa tikinti şirkətin zəbt etməyini həzm edə bilmirik”- deyə etiraz edən Qarabağ döyüşçüləri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR