Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktı ilə bağlı açıqlama verib.
“Azadmedia.az” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində çıxışı zamanı danışıb.
Türkiyə Prezidenti Rusiyada keçirilən beynəlxalq platformadan terror aktını pislədiyini də bəyan edib:
“4 şəhidimiz, 14 yaralımız var. Yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır. Bu dəhşətli terror aktını lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.