AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq - Putin

  • + A
  • - A
  • 24-10-2024, 22:14

    Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq -



    Rusiya Yaxın Şərqdə münaqişənin qızışmasında maraqlı deyil.

    Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitindən sonra baş tutan mətbuat konfransında bildirib.

    Belə ki,“Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq. Kim nə deyir, desin, Rusiya münaqişənin daha da qızışmasında maraqlı deyil. Strateji olaraq biz bundan heç nə qazanmayacağıq, ancaq əlavə problemlər görəcəyik”, - deyə o bildirib.

    Bundan əlavə, Putin qeyd edib ki, Rusiya və İran sıx təmasdadır. “Biz öz rolumuzu qarşılıqlı kompromislər axtarmaq yolu ilə vəziyyətin həlli üçün şərait yaratmaqda görürük. Mənə elə gəlir ki, hazırda regionda heç kim münaqişənin genişlənməsini istəmir”, - o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR