Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin avrointeqrasiyaya sadiq olduğunu açıqlayıb.
Azadmedia.az xəbər verir ki, dövlət başçısı bunu Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen ilə birgə mətbuat konfransında bildirib.
Belə ki, “Nə qədər ki, mən respublikanın prezidentiyəm, biz xarici və daxili siyasətimizin əsas məqsədlərini dəyişməyəcəyik. Bu o deməkdir ki, bizim Avropa yolumuz və Avropa Serbiyasına sadiqliyimiz bizim tərəqqimizin açarıdır”, - deyə Vuçiç qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.