AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstirahət günü leysan yağacaq

  • + A
  • - A
  • Bu gün, 12:55

    İstirahət günü leysan yağacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

    Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli yağışın olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntı səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

    Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR