“Serbiya Avropanın təlqin etdiyi qeyri-ənənəvi dəyərlərdən yorulub”.
Azadmedia.az xəbər verir ki, bunu Serbiyanın innovasiya və texnoloji inkişaf naziri Nenad Popoviç RİA “Novosti”yə müsahibəsində bildirib.
Həmçinin Popoviç əlavə edib ki, ölkəsində Avrointeqrasiya tərəfdarlarının sayı azalmaqdadır.
Qeyd edib ki, "Bir zamanlar hər kəs onlara inanırdı, indi isə bu inam tükənib. Daha bir məsələ isə ondan ibarətdir ki, Avropa Serbiya xalqının genetikası ilə uzlaşmayan dəyərləri təlqin etməyə çalışır. Onlar hətta uşaqların belə qeyri-ənənəvi üsullarla dünyaya gəlməsinin tərəfdarıdır. Nəyə görə bu dəyərlər insanlara təlqin edilir? Biz serblər bunun əleyhinəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.