Macarıstanın Baş naziri Viktor Orban hakim Gürcü Arzusu Partiyasını parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Orban sosial şəbəkə hesabında yazıb.
Belə ki, “Mən Baş nazir İrakli Kobaxidzeni və Gürcü Arzusu Partiyasını bugünkü parlament seçkilərində qazandıqları inamlı qələbə münasibətilə təbrik edirəm. Gürcüstan xalqı öz ölkələri üçün nəyin yaxşı olduğunu bilir və bu gün onların səsi eşidilir”, - deyə Orban bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.