AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MISIR MƏRDANOVUN KÜRƏKƏNI HEGEMONLUQ EDIR.VIDEO

  • + A
  • - A
  • 26-10-2018, 11:47

    MISIR MƏRDANOVUN KÜRƏKƏNI HEGEMONLUQ EDIR.VIDEO















    Nazirin dostu Azər Məmmədov, Rəşid Həsənovu niyə
    “qurban verdi?”
    Bir müddət bundan əvvəl ayrı-ayrı media qurumlarında Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin sabiq rəis müavini Rəşid Həsənovun qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı silsilə tənqidi açıqlamalar dərc olunurdu ki, bu da adı çəkilən vəzifə sahibinin daşıdığı vəzifəsindən sui-istifadə etməsini, digər qanunsuzluğa söykənən addımlarını atmasını sübut edirdi. Belə ki, dərc olunan məqalələrdə o da qeyd olunurdu ki, bu şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox şəxslərin xarici ölkələrdən gətirdiyi malları, tabeçiliyində olan şəxslərə telefon zəngi etməklə və heç bir əsas olmadan Lökbatan “kruqu” adlanan ərazinin yaxınlığındakı “Meyvəli terminalı”nda saxlatdıra bilirdi. Belə bir addımlar vergi haqqında Qanunun tələbləri ilə birbaşa ziddiyyət təşkil etsə də, eyni zamanda cinayət tərkibli bir addım idi.
    Deryaz.az saytına daxil olan məlumatlara əsasən onu qeyd edə bilərik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin xarici ölkələrdən gətirdikləri mallar, heç bir əsas olmadan özbaşınalıqla, reketçilik yolu ilə saxlanılırdı ki, bunun da bir çox səbəbləri olurdu. Yəni, açıq-aşkar şəkildə Vergilər Nazirliyi, İdxal-İxrac İdarəsinin əməkdaşları Rəşid Həsənovun vermiş olduqları tapşırıqlar əsasında,sahibkarlardan bəzilərini şifahi formada dövriyyədən 6%-lik vergi ödəmə şərtlərinə boyun əyməyə vadar edirdilər. Halbuki mövcud vergi haqqında Qanunun tələblərinə görə, ticarətlə məşğul olan sahibkarların qarşısına heç bir halda belə şərt qoyula bilməz. Onlar ölkədə məhsul bolluğunun, ucuzluğun yaranmasına, ödədikləri vergilərlə dövlət büdcəsinin artırılmasına səbəb olduqları halda, həmin sahibkarlardan bəziləri olmazın haqsızlıqlarla üz-üzə qalırdılar. Amma elə sahibkarlar da olurdu ki, onlar Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin sabiq rəis müavini Rəşid Həsənovun vermiş olduğu tapşırıqlar əsasında hansısa maraqlar çərçivəsində özbaşına buraxılırdılar. Yəni, həmin sahibkarlar qeyri-qanuni, yarımleqal fəaliyyət göstərirdilər. Onların heç bir anbarı, heç bir kassa aparatı olmasa belə, hansısa süni əngəllərlə üz-üzə qalmırdılar. Amma, qanuni əsaslarla fəaliyyət göstərən sahibkarlara azad ticarətlə məşğul olmaq imkanı verlmir ki, bu da, müəyyən qarşıdurmalara, süni qiymət artımına səbəb olur. Redaksiyamıza daxil olan ilginc məlumatlara görə, adı çəkilən bu şəxsin atdığı addımlar ciddi ajiotaja səbəb olduğundan, bir neçə gün bundan əvvəl rəhbərlik Rəşid Həsənovu daşıdığı vəzifəsindən uzaqlaşdırır. Bu şəxsin daşıdığı vəzifəsindən azad olunmasının kökündə, onun qeyri-leqal fəaliyyət göstərən firmalar yaratmış olduğu şərait olurdu ki, bu da son anda belə bir addımın atılması ilə nəticələndi. Onu da qeyd edək ki, əldə etdiyimiz məlumatlara görə, Rəşid Həsənov daşıdığı vəzifəsinə «əlvida» deməsinə baxmayaraq, də bu də gün həmin şirkətlər oxşar qaydada fəaliyyət göstərməkdədirlər. Daxil olan məlumatlarda o da qeyd olunur ki, nədənsə bu şəxsin bəxti çox zaman gətirmir. Yəni, əksər hallarda o, hansısa səbəblər üzündən “qurban verilir”. Məsələn, əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Rəşid Həsənov vaxtilə Xaçmaz Gömrük-Buraxılış məntəqəsində rəis vəzifəsini daşımış Azər Məmmədovun müavini olub. Elə ki, adı çəkilən qurumda mahiyyəti tam şəkildə bizə bəlli olmayan problem yaşanır, o halda o, “qurban verilir”. Baxmayaraq ki, adı çəkilən hər iki şəxs arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri olub. Belə bir münasibətin varlığı səbəbindən də, sabiq təhsil naziri Misir Mərdanovun kürəkəni olan Azər Məmmədov, Vergilər Nazirliyi, İdxal-İxrac İdarəsinə rəis təyin olunan kimi, onu bir daha özünə müavin təyin edir. Onu da unutmaq olmaz ki, vergilər naziri Mikayıl Cabbarovla Azər Məmmədov arasında səmimi münasibətin varlığı haqda xeyli vaxtdır ki, müəyyən çevrələrdə söz-söhbətlər dolaşmaqdadır. Bütün bunlar qalsın bir yana, yenə toxunacağımız mövzu ali təhsilli iqtisadçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qocamanov Ayaz İlyas oğlunun üz-üzə qaldığı problemlərlə bağlıdır. Ayaz Qocamanov deryaz.az saytına müraciət edərək bildirir ki, bir neçə gün bundan öncə xaricdən gətirdiyi malları gömrük-buraxlış məntəqəsindən keçirdikdən sonra, lazımi gömrük rüsumlarını ödəsə və terminalda mallara baxış keçirilsə belə, Vergilər Nazirliyi, İdxal-ixrac idarəsi rəhbərliyi tərəfindən verilən növbəti tapşırıqlar əsasında, adı çəkilən sahibkarın mallarını gətirən nəqliyyat vasitəsinə, Bakı şəhəri, Dərnəgül şossesi, “Çingizxan” şadlıq sarayının arxa hissəsindəki saxlama məntəqəsində gömrük əməkdaşları “blomb” vururlar. Onlar belə bir addımlarını atarkən hər hansı səbəbi əsas gətirmirlər, heç bir akt da tərtib etmirlər. Bu da ciddi qanun pozuntusunun varlığından xəbər verir. Maraqlı hal odur ki, Ayaz Qocamanov gömrük əməkdaşlarının əməlləri ilə bağlı bəzi KİV nümayəndələrini məlumatlandırdıqdan sonra, onların özləri həmin nəqliyyat vasitəsinə vurduqları “blomb”u sındırmalı olurlar. Bir daha qeyd edək ki, gömrük əməkdaşlarının belə bir addımları atmağa heç bir halda ixtiyarları olmadığı halda, təəssüflər olsun ki, onlar belə bir addımlarını atırlar. Onu da qeyd edək ki, belə bir addımları atmaq qanunvericiliklə də qadağan olunur.
    Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman “Sahibkarlara imkanlar yaradın” deyə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir, amma Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin sabiq rəis müavini Rəşid Həsənovun və onun əlaltıları ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırıqları saya salmırdılar. Son anda adı çəkilən şəxs daşıdığı vəzifəsini itirdi ki, bu da hələlik haqqın-ədalətin qələbəsi deməkdir.

    Mövzunu diqqətdə saxlayacağıq.

    Adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.



    MISIR MƏRDANOVUN KÜRƏKƏNI HEGEMONLUQ EDIR.VIDEO
    MISIR MƏRDANOVUN KÜRƏKƏNI HEGEMONLUQ EDIR.VIDEO
    MISIR MƏRDANOVUN KÜRƏKƏNI HEGEMONLUQ EDIR.VIDEO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR