Ukraynadakı münaqişə neft qiymətlərindən asılı deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın neftin ucuzlaşmasının Ukraynada müharibənin bitməsinə gətirib çıxaracağı ilə bağlı sözlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukraynadakı xüsusi hərbi əməliyyatlar (müharibə-red) Rusiyanın təhlükəsizliyinə təhdid və Qərbin Moskvanın narahatlığına qulaq asmaqdan tamamilə imtina etməsi səbəbindən başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.