Ukraynaya 757 hərbçinin meyiti qaytarılıb.
Bu barədə Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Ombudsman Ofisivə digər qurumların köməyi ilə baş tutub.
Həlak olmuş hərbçilərin meyitləri hüquq-mühafizə orqanlarına və məhkəmə-tibb ekspertlərinə təhvil veriləcək. Bu prosedur şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruridir.
Meyitlərin hansı müddət ərzində qaytarıldığı dəqiqləşdirilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.