AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qayıdışa haqqı çatanlar – körpüləri yandıranlar üçün bağlanan qapı - ANALİZ

  • + A
  • - A
  • 28-10-2024, 17:51

    Qayıdışa haqqı çatanlar  – körpüləri yandıranlar üçün bağlanan qapı - ANALİZ

     
    Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görüşlər keçirilib.

    Oktyabrın 24-də BRICS-in sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın vasitəçisiz, birbaşa görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

    Təəssüf ki, rəsmi Bakı ilə İrəvan arasında danışıqların yeni və daha mühüm başlamasına hazırlıq işləri görüldüyü bir vaxtda araqarışdırıcı ünsürlər yenə müxtəlif iddialar irəli sürüblər.

    Belə ünsürlərdən biri də Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun başçısı Jilber-Lyuk Devinazdır.

    O, əvvəllər də Azərbaycana qarşı qərəzli çıxışları və açıqlamaları ilə yadda qalıb. Belə ki, hələ 2018-ci il sentyabrın 14-də qondarma qurumun “parlament rəhbəri” Aşot Qulyanı qəbul etmişdi. Görüşdə separatçılarla “ikitərəfli əlaqələrin” inkişafından danışılmışdı.

    Jilber-Lyuk Devinaz bu kimi davranışı ilə anti-Azərbaycan, anti-türk olduğunu çoxdan isbatlayıb. O, separatçılara himayədarlıq, sözçülük edib, erməni lobbisinin maliyyə vəsaiti hesabına fəaliyyət göstərənləri xatırladır.

    Bu dəfə Devinaz yeni bir şər kampaniyasına başlayıb. O, noyabrın 11-də COP29-a ev sahibliyi edəcək Azərbaycanın guya “etnik təmizləmə planının" cəzasız olaraq davam etdirdiyini bildirib. Bakıda həbsdə olan separatçıları “siyasi xadim” adlandırıb, habelə Qarabağda guya “erməni irsinin məhv edilməsindən” bəhs edib.

    O, Azərbaycandan könüllü olaraq köç etmiş ermənilərin “qayıtmasına" dair əsassız iddialar irəli sürüb.

    Beynəlxalq ictimaiyyətə Ermənistanın işğal zamanı Azərbaycan torpaqlarında etdiyi özbaşınalıq və vəhşilik məlumdur. Ancaq fransalı senator işğalçı ermənilərin 30 illik vandalizminin izlərini görməzdən gələrək deyib ki, "Qarabağda min illərlə tarixi olan erməni abidələrinin bütün izləri silinir”. Guya Xankəndi şəhərinin yarısı yerlə yeksan olunub. Bu yerdə heyrət işarəsi yerinə düşür. Yəni belə bir yalanı ancaq ədalət, həqiqət, doğru kimi gerçəklik hissindən tamamilə məhrum olan şəxs deyə bilər. Devinaz belə çıxışı ilə yalnız reallıqdan uzaq olub, hələ də xülyalarla yaşayan erməni lobbisini qane edər. Heç bir normal düşüncə sahibi onu ciddi qəbul etməz.

    Fransa hakimiyyəti, parlamenti bu kimi boşboğazlardan qurtulmazsa, ölkənin gələcək əlaqələrində problemlər yarana bilər.

    Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Qarabağ və ətraf rayonlarda, habelə, Qərbi Azərbaycanda törətdiyi cinayətlərə görə hüquqi məsuliyyət daşıyır.

    Qarabağı könüllü tərk edən erməni icması ilə bağlı məsələyə münasibətini Prezident İlham Əliyev hələ 2023-cü il sentyabrın 20-də etdiyi müraciətdə bildirib:

    “Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

    Prezident ona da cavab verib ki, Azərbaycanda erməni siyasi məhbus yoxdur. Olanlar isə cinayətkarlardır. Onlar Azərbaycan dövlətinə - ordusuna, ərazisinə, əhalisinə qarşı törətdikləri müxtəlif cinayət əməllərinə görə həbs ediliblər, hazırda istintaq davam edir.

    Dövlət başçısı həmin çıxışda ermənilərin törətdikləri əmələ işarə edərək daha sonra vurğulamışdı: “Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.

    Heç nə unudulmadığı kimi, heç kim cəzasız da qalmır. Ermənistan hakimiyyəti Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayət əməllərinə görə indiyədək üzr istəməyib. Xocalıda və Azərbaycanın başqa bölgələrində törədilən cinayətlərdə əli olanlar hələ də Ermənistanda hakimiyyətə gəlmək uğrunda mübarizə aparır və cəzalanmayıblar.

    Qarabağdakı erməni sakinlərə Azərbaycanda qalıb, cəmiyyətə inteqrasiya etmələri təklif olunub. Onların bir qismə ölkəni könüllü tərk etməklə bu humanist dəvətdən imtina ediblər. Həmin sakinlər sonradan anti-Azərbaycan fikirlər söyləməklə Jilber-Lyuk Devinaz kimilərin əlində oyuncağa çevriliblər.

    Heç şübhəsiz, Qarabağdakı erməni sakinlər arasında Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən, çıxış edən az olmayıb. Onlar əməllərinin cavabsız qalmayacağını başa düşüb Azərbaycandan könüllü olaraq köç ediblər.

    Devinazlar və ermənilərin qayıdış kimi çürük ideyasını canfəşanlıqla müdafiə edənlər bu yolla ölkədə yenidən “erməni bombası” hazırlamağa səy edirlər. Bunu 200 il əvvəl hazırlayıblar. Onun “partlaması nəticəsində” Azərbaycan torpaqlarında “Ermənistan” yaranıb. İkincisi isə ermənilərin əlində partlayıb. Onun içliyini dəyişib, fərqli formada Azərbaycana və regiona yenidən sırımağa səy göstərilir.

    Ermənistan qərbi azərbaycanlılardan da üzr istəməyə borcludur. Çünki onlar vətəndaşı olduqları ölkəyə, erməni cəmiyyətinə qarşı heç bir cinayət törətməyiblər. Əksinə, onlar Ermənistanın, erməni cəmiyyətinin vəhşiliklərinin qurbanı olublar. Mal-mülkləri güc yolu ilə əllərindən alınıb. Onlarla Qərbi azərbaycanlı qətlə yetirilib. Ancaq bunu Devinazın Fransasında kimsə yada salmır. Yaxud xatırlamaqdan qorxur.

    Belə olan halda vətəndaşı olduqları ölkə və erməni cəmiyyəti ilə aralarındakı körpüləri yandırmayan Qərbi azərbaycanlıların qayıdışa bütün səviyyələrdə daha çox haqları çatır. Çünki onlar Ermənistana qarşı heç bir cinayətdə iştirak etməyiblər. Ancaq regionu qarışdırmaq istəyənlərin Qarabağda yenidən yerləşdirmək istədikləri arasında Azərbaycana qarşı çoxsaylı cinayət əməlləri törətmişlər çoxdur. Hazırda Bakıda həbsxanada saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, Lyova Mnatsakanyan, David Manukyan kimi.

    Ermənistanı 20 il idarə etmiş Robert Koçaryan, Serj Sarkisyan, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları vətəndaşı olduqları Azərbaycana qarşı soyqırımı, qətl, qarət, terror törədiblər.

    Bütün ictimai, mənəvi, siyasi, mədəni, etniklərarası və s. körpüləri yandıranlar Azərbaycana qayıdış üçün üz qoymayanlardır. Bu baxımdan, devinazlar şabaşa çıxanlara oxşayır...(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR