AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə İsrailə hərbi cavab vermək qərarına gəlib - Kosari

  • + A
  • - A
  • 2-11-2024, 16:36

    Bu ölkə İsrailə hərbi cavab vermək qərarına gəlib -

    İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da ölkəyə qarşı olan hücuma görə İsrailə hərbi cavab vermək qərarına gəlib.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kosari bildirib.

    Belə ki, “Bəzi dövlət rəsmiləri və digər şəxslər deyə bilər ki, biz İsrailə cavab verməyəcəyik, lakin hökumətin daxilində və xaricində olan bu insanlar qərar qəbul etmirlər. Sionist rejimə (İsrailə - red.) hərbi cavab qərarı artıq Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilib”, - deyə o bildirib.

    O, həmçinin qeyd edib ki, İranın İsrailin zərbəsinə hərbi cavabı bütün əvvəlkilərdən qat-qat güclü olacaq və “müqavimət oxu” qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

    Parlamentari vurğulayıb ki, İslam Respublikasının yeni əməliyyatı qarşı tərəf üçün dərs olacaq və onlar bir daha İrana zərbə endirmək səhvinə yol verməyəcəklər.

    “Cavabın necə həyata keçiriləcəyi plandan asılıdır, vaxt və məqsədlər isə planlaşdırıcıların ixtiyarındadır”, - Kosari əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR