AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus MSK: Prezident seçkilərində yeddi namizəd iştirakını davam etdirəcək

  • + A
  • - A
  • 4-11-2024, 19:08

    Belarus MSK: Prezident seçkilərində yeddi namizəd iştirakını davam etdirəcək


    Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin irəli sürülməsinə dəstək məqsədilə seçici imzalarının toplanması üçün yeddi təşəbbüs qrupunu qeydiyyata alıb.

    Bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.

    Məlumata görə, komissiya 2020-ci ildə prezident seçkiləri kampaniyasının iştirakçısı olmuş Anna Kanopatskaya, Belarus Zabitlər İttifaqı Respublika Şurasının sədri Sergey Bobrikov və Belarus Kommunist Partiyasının lideri Sergey Sırankovun prezidentliyə namizədliklərinin irəli sürülməsi üçün üç təşəbbüs qrupunu qeydiyyata alıb. MSK Diana Kovalyova və Viktor Kuleşin təşəbbüs qruplarını qeydiyyata almaqdan imtina edib.

    Qeyd olunur ki, bundan əvvəl MSK hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviçin, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyakın və Minsk Şəhər İcraiyyə Komitəsinin İdeoloji iş və gənclərlə iş baş idarəsinin rəhbəri Olqa Çemodanovanın təşəbbüs qruplarını qeydiyyata alıb.

    Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR