AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib - KİV

  • + A
  • - A
  • 5-11-2024, 13:00

    83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib -


    Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Florida Universitetindən bildirilib.

    Belə ki, Universitetin ekspertlərinin hesablamalarına görə, ölkənin 82 713 594 vətəndaşı erkən səs verib - 45 milyona yaxını seçki məntəqələrində, 37.7 milyonu isə poçt vasitəsilə.

    Səs verənlərin 37.8 faizi Demokrat, 35.8 faizi isə Respublikaçılar Partiyasının üzvləri olub. Qalan 26.4 faiz seçici siyasi mənsubiyyəti barədə məlumat verməyib.

    Ən çox səs verən ştat Texas (8.9 milyon) olub. Florida (8.3 milyon) və Kaliforniya (8.1 milyon) ştatları isə sonrakı yerləri tutublar.

    Qeyd edək ki, ABŞ-da ümumi seçici sayı 168 milyon nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR