Respublikaçılar Partiyasından ABŞ Prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.
Tramp bu barədə Floridada brifinqdə danışıb.
O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib.
“Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi”, - deyə Tramp qeyd edib.