AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Avropa Siyasi Birliyinin sammitinə gedib

  • + A
  • - A
  • 7-11-2024, 15:19

    Ərdoğan Avropa Siyasi Birliyinin sammitinə gedib

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birgə Macarıstanın paytaxtı Budapeştə gedib.

    Ərdoğan Avropa Siyasi Birliyinin 5-ci sammitində iştirak edəcək.

    Türkiyə prezidentinin Macarıstanda bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirməsi də gözlənilir

    Avropa Siyasi Birliyi qeyri-Avropa İttifaqı ölkələrinin iştirakı ilə Avropa məsələləri üzrə strateji müzakirələr formatı kimi 2022-ci ilin mayında Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilib. Qurumun yaranma tarixi 2022-ci il oktyabrın 6-sı hesab olunur və bu beynəlxalq təşkilatın Praqada ilk sammiti keçirilib.

    Avropa liderlərinin qeyri-rəsmi sammiti noyabrın 7-də axşam saatlarında şam yeməyi ilə başlayacaq. 47 dövlətin iştirak edəcəyi sammitdə Avropanın dövlət və hökumət başçıları təhlükəsizlik problemləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə eskalasiya, qeyri-qanuni miqrasiya və dünya ticarəti məsələlərini müzakirə edəcəklər.

    Cümə axşamı əsas müzakirə mövzusu ABŞ-dakı prezident seçkilərinin nəticələri olacaq.

    Sammitin əsas hissəsi noyabrın 8-də baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR