AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb

  • + A
  • - A
  • 18-11-2024, 20:25

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.

    Siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.

    “Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu təsdiqlədiyi ilk haldır.

    Qeyd edək ki, Tramp dəfələrlə Prezident Bayden və onun administrasiyasının miqrasiya siyasətini tənqid edib.

    Portal qeyd edir ki, Tramp artıq öz gələcək administrasiyasındakı vəzifələrə miqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınan namizədləri irəli sürür. Belə ki, daha əvvəl Tramp keçmiş ABŞ-nin immiqrasiya və gömrük polisinin direktoru vəzifələrini icra edən Tomas Homanı miqrasiya siyasəti və sərhəd təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin edib.(Axios)

    “Axios”un məlumatına görə, ABŞ-də 11 milyon sənədsiz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR