AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pezeşkian Roma Papasına çağırış etdi

  • + A
  • - A
  • 20-11-2024, 16:17


    İran Mədəniyyət və Kommunikasiya Qurumunun prezidenti Höccətülislam Məhəmməd Mehdi İmanipur Katolik xristianların ruhani rəhbəri və Roma Papası Fransisklə görüşüb.

    “Mehr” Agentliyinin məlumatına görə, görüşdə Höccətülislam İmanipur İran prezidenti Meəsud Pezeşkianın göndərdiyi məktubu Roma Papası Fransiskə çatdırıb.

    Pezeşkianın məktubunda deyilir: “Ümid edirəm ki, dünyada sülh və ədalətin yayılması üçün İran və Vatikan arasında konstruktiv əlaqələr daha da artacaq”.

    Pezeşkian Papa Fransiski Qəzza və Livan xalqlarına kömək etmək və İsrail rejiminin davam edən hücumlarını dayandırmaq üçün əlindən gələni etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR